Əli Əsədov Rusiyaya getdi
- 7-06-2023, 18:57
- 335
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
"İyunun 7-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gəlib", - deyə məlumatda deyilir.
Əli Əsədov səfər zamanı Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində də iştirak edəcək, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.