Ceyhun Bayramov və Mirzoyan bu tarixdə görüşəcəklər
- 5-06-2023, 18:47
- 485
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı xarici işlər nazirləri səviyyəsində müzakirələrin növbəti mərhələsi iyun ayının 12-də baş tutacaq.
Görüşün ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.