Danijela Durovic Azərbaycana gəlib

Siyasət

Monteneqro parlamentinin sədri Danijela Durovic Azərbaycana gəlib.

Bu barədə Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev Tvitterdəki hesabında yazıb.

“Monteneqro parlamentinin sədri xanım Danijela Durovici Bakıda qarşılamaq çox xoş oldu”, - konsul qeyd edib.

Onu Milli Məclisin deputatı İqbal Məmmədov və digər şəxslər qarşılayıblar.