Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir
- 13-04-2023, 09:00
- 348
Milli Məclisdən verilən məlumata görə, parlament sədrinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqa gəlib.
Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.