Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başladı
- 29-03-2023, 10:47
- 358
Bu barədə E.Koen tvitterdə paylaşım edib.
“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.
Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.