Laçın-Xankəndi yolundan sülhməramlıların növbəti təminat maşınları keçib
- 13-01-2023, 19:47
- 366
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Bir qədər əvvəl RSK-ya iki təminat maşını Laçından Xankəndiyə maneəsiz keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.