Şuşadakı etirazçıların çadırlarına işıq da çəkildi - Fotolar

Siyasət

 
Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə, yəni Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlməyənə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Səhər saatlarından etibarən ərazidə üç çadır quraşdırılmışdı. Artıq “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən həmin çadırlara elektrik enerjisinin verilişi təmin edilib. Bundan əlavə, “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sülhməramlıların nəzarətində olan yolun hissəsində Azərbaycan bayrağı qaldırılıb.