"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova
- 29-11-2022, 17:28
- 296
Deputat çıxışını bitirdikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün qonaqlar iştirak etmir.
"Rüfət müəllim, siz qonaqları da salamladınız. Amma bu gün bizim qonaqlarımız yoxdur".
Buna cavab olaraq deputat Rüfət Quliyev jurnalistləri salamladığını diqqətə çatdırıb.
Spiker isə qeyd edib ki, jurnalistlər qonaq deyil: “Onlar bizimlə bərabər səhərdən axşama qədər işləyirlər”.