"Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!” - Ceyhun Bayramov

Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışla bağlı “Twitter“ hesabında paylaşım edib.

Paylaşımda bunlar deyilir:

“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.


Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”