“Münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb” - İlham Əliyev

Siyasət

 
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib.

Onun sözlərinə görə, bugünkü görüş regional məsələlərə həsr olunub: “Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.