İlham Əliyev Putinlə görüşdü

Siyasət

 
Oktyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. 

Bu barədə Rusiya mətbuatında qeyd olunan məlumata görə, artıq tərəflər arasında qapılar arxasında danışıqlar başlayıb. Putin ölkə rəhbəri ilə görüşdə Qarabağdakı vəziyyətin müzakirəsini təklif edib.   

Ölkə liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində görüşüb. 

Bundan sonra dövlət başçıları Qazaxıstanın paytaxtı Astanada keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcəklər.