Vüqar Səfərli ilə bağlı sərəncam

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Səfərli ilə əlaqədar sərəncam imzalayıb.

xalqxeber.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin”.

Qeyd edək ki, V. Səfərli bu vəzifəyə ikinci dəfə təyinat alır.