Ermənistanda Azərbaycan vətəndaşlığını almaq istəyən erməni fəala cinayət işi açıldı
- 12-08-2022, 19:00
- 435
Ermənistanda sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal və bloqer İşxan Verdyana qarşı cinayət işi başladılıb. O, casusluqda ittiham olunur.
Bu barədə Oxu.Az-a İşxan Verdyanın özü məlumat verib.
Xatırladaq ki, bir neçə gün əvvəl o, Azərbaycan vətəndaşlığını almaq və Xankəndidə yaşamaq istəyi ilə bağlı bəyanat yaymışdı.