Fuad Ələsgərov prezidentin köməkçisi təyin edildi

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

xalqxeber.az xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, Fuad Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.

haqqin.az