Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək
- 26-06-2022, 14:20
- 384
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclas üç ölkəni maraqlandıran mövzularda koordinasiyanın həyata keçirilməsi və qarşılıqlı faydaya söykənən regional əlaqələrin gücləndirilməsini hədəfləyir.
Bu çərçivədə iclasda üçtərəfli və regional əməkdaşlığın artırılması ilə Xəzər Şərq-Qərb Mərkəzi dəhlizinin potensialının inkişaf etdirilməsi mövzuları da gündəmdə olacaq.