Prezidentlər sərgi zonasındakı pavilyonlarla tanış oldular

Siyasət

 
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində sərgi zonasındakı pavilyonlarla tanış olublar.

Dövlət başçılarına sərgi barədə məlumat verilib.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan da sərgi ilə tanış olub.