"Ermənistanla sülh sazişi imzalamaq istəyirik" - İlham Əliyev
- 18-05-2022, 16:30
- 266
Bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə geniş tərkibdə görüşdə deyib.
“Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var”, - Azərbaycan Prezidenti qeyd edib.