"Azərbaycan ən çox minalarla çirklənmiş ölkə olsa da..." - Sahibə Qafarova

Siyasət

"Azərbaycan ən çox minalarla çirklənmiş ölkə olsa da, ən az beynəlxalq maddi yardım alan ölkədir".

Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini elan etsə də, Ermənistanın hər hansı addımlar atması müşahidə olunmur: "Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır. Ermənistan anlamalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.