Audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları TƏSDİQLƏNDİ
- 6-05-2022, 17:46
- 392
Bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olub.