Zakir Həsənov Hulusi Akarla telefonla danışdı
- 12-03-2022, 16:40
- 638
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov cənab H.Akarı 70-illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.