“Arzu və ümidimiz İlham Əliyevin sülh əlinin tutulmasıdır” - Akar
- 8-01-2022, 23:39
- 553
Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.
"Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işlərində onların yanındayıq", - nazir vurğulayıb.
Hulusi Akar qeyd edib ki, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir.