Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini ALQIŞLAYIB
- 19-12-2021, 12:40
- 436
Xalqxeber.az xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün Tviterdəki hesabında yazıb.
O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə xoşbəxtdir. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb. Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşləri üzərində qurmaq üçün hər iki ölkə ilə işləməyə davam edəcəyini vurğulayıb.