Ambarsumyan: “İlham Əliyev heç bir sözü boş yerə demir” – VİDEO
- 18-11-2021, 13:45
- 332
Bu barədə erməni hərbi ekspert Vaan Ambarsumyan “Esse TV”nin YouTube kanalının efirində bildirib.
Verilişin aparıcısı Arman Qriqoryanla Zəngəzur dəhlizi mövzusuna toxunan V.Ambarsumyan bildirib ki, Azərbaycan istədiyini alacaq:
“Ermənistanda “koridor” yox, “yol” deyirlər. Sizə dedim ki, “koridor” istəyirlər. Azərbaycan Respublikasının Prezidenti də bu barədə danışdı. O, sözünü boş yerə deməməsi ilə tanınır. Düzdür? Bax, bu faktdır”, – V. Hambardzumyan qeyd edib.
Ekspert onu da əlavə edib ki, Ermənistanın belə rəhbərliyi ilə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur: “Bunlar lazımsız xərclərdir”./bizimmedia