İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırdı
- 1-10-2021, 14:47
- 456
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.