“Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib"
- 30-06-2021, 12:00
- 681
Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qurumun "Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: "Bu layihə imkan verir ki, biz mövcud vəziyyəti gözümüzün qarşısına gətirək. Biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb”.