"Bizi bu imtahana Türkiyə Silahlı Qüvvələri hazırlaşdırırdı" - Nazir
- 26-06-2021, 18:49
- 750
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.
"Möhtərəm cənab Prezident keçən il çıxışında hərbi əməkdaşlıqdan danışarkən dedi ki, təkcə 2019-cu ildə 13 irimiqyaslı birgə hərbi təlimlər keçirilib. Bu təlimlər ona görə keçirilirdi ki, Türkiyə Silahlı Qüvvələrinin zabitləri bizim zabitlərin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün dəstək olurdular", - nazir əlavə edib.