MDB ölkələrinin diplomatları Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiyalarının başçıları və hərbi attaşeləri mayın 9-da faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.