Ərdoğan Azərbaycanla bağlı bu sənədi TƏSDİQLƏDİ
- 6-04-2021, 10:59
- 715
Bununla bağlı qərar ölkənin “Resmi Gazete”də dərc olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktaybarın 31-də Bakıda imzalanıb.
R.T.Ərdoğanın təsdiq etməsi ilə saziş qüvvəyə minib.
Qeyd edək ki, həmin ilin oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İclasdan sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.