"Göstərdiyiniz dəstək xalqımız tərəfindən yüksək qiymətləndirilir" - Prezident
- 22-03-2021, 17:30
- 816
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə ünvanladığı təbrik məktubunda qeyd edilib.
"Mən Azərbaycan ilə Pakistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir", - məktubda əksini tapıb.