Prezident: "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq"
- 15-03-2021, 10:15
- 466
Bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenlə təkbətək görüş zamanı bildirib.
"Bizə gəlincə, biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur", - deyə dövlət başçısı vurğulayıb.