"Azərbaycanı bu mübarizəsində haqlı olduğu üçün dəstəklədik" - Çavuşoğlu
- 10-03-2021, 16:57
- 498
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.
“Azərbaycanı bu mübarizəsində ancaq qardaşlıq bağlarımızdan dolayı yox, haqlı olduğu üçün dəstəklədik. Yəni hüquqi cəhətdən də Azərbaycan haqlı olduğu üçün dəstəyimizi verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.