"Azərbaycan bölgədə yeni dövrün qapılarını açıb” - Ərdoğan

Siyasət

"Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanvari Zəfərlə azad edib. Bölgədə yeni dövrün qapılarını açıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən 14-cü Zirvə toplantısında deyib.