"İqtisadi əməkdaşlıq üçün böyük imkanlar var" - İlham Əliyev
- 16-02-2021, 14:48
- 687
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib.
"Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik", - Prezident bildirib.