Lavrovdan sülhməramlılarla bağlı AÇIQLAMA

Siyasət

"Sülhməramlıların mandatı məsələsi həll olunur”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib.

“Bu, əlbəttə, üçtərəfli danışıqların predmeti olmalıdır. Bu barədə Moskvadakı üçtərəfli görüşdə danışılıb”, - o bildirib.

S.Lavrovun sözlərinə görə, üçtərəfli bəyanatda heç bir gizli əlavə mövcud deyil.