Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq
- 13-01-2021, 10:29
- 1 085
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.
C.Bayramov Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak edəcək. Nazirlərin görüşü bu gün Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Yanvarın 14-də isə Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.