QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ
- 2-12-2020, 02:12
- 754
44 gün Ali Baş Komandanın rəhbərliyilə ordumuzun zəfər yürüşü + 22 gün möhtərəm cənab prezidentin siyasi-diplomatik qələbəsi = 66 günə.
4 + 2 = 6
4 + 2 = 6
Bütün rəqəmlərin cəmi iblisin simvolu olan 66-dı; deməli, xilaskar Ali Baş Komandanımız İlham Əliyev iblis xislətli erməniliklə döyüşdü və qələbə qazandı.
Ustad Hüseyn Cavid demişkən:
Kəssə hər kim tökülən
qan izini,
Qurtaran dahi odur
yer üzünü!
Şuşayla bağlı paylaşımda yazmışdım ki, doğma dədə - baba yurdum olan Zəngəzurumuzu duymaq Şüşayla yaxındır. Lakin Laçınımıza qovuşmaqla onu bir nəfəs qədər duymaq daha yaxındır. Taleyin qismətinə çox Şükür ki, biz Qarabağımıza döndük. Ulu Tanrı bizə Zəngəzurumuza dönməyi nəsib etsin. Amin!
Zəfər günlərini Azərbaycan Xalqına yaşadan Ali Baş Komandanımız var olsun!
Yaşasın qəhrəman Azərbaycan Ordusu!
Eşq olsun Azərbaycan xalqına!
Fəzail Ağamalı,
Millət Vəkili, Ana Vətən Partiyasının sədri
01.12.2020