"Qarabağdakı ermənilərə mədəni muxtariyyət verməyə hazırıq” – Polad Bülbüloğlu

Siyasət

"Rəsmi Bakı Qarabağda ermənilərə mədəni muxtariyyət verməyə hazırdır".

“TASS”a istinadən xəbər veririk ki, bu fikirləri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu onlayn-brifinq zamanı səsləndirib.

“Bu gün Dağlıq Qarabağın heç bir statusu yoxdur. Ən yaxşı halda orada yaşayan ermənilərə mədəni muxtariyyət verilə bilər. Azərbaycanlılar 30 ilə yaxındır ki, Qarabağa qayıdacağı günü gözləyir".