"Xoşbəxtəm ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram” - Prezident
- 20-10-2020, 15:26
- 912
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”, - ölkə başçısı vurğulayıb.