"Azərbaycanın apardığı savaşı Türkiyədə həyəcanla izləyirlər” - TBMM
- 19-10-2020, 13:03
- 842
Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
O qeyd edib ki, bu münasibətlər tarixən ən yüksək səviyyədə olub: “Əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər. Bakıda Şəhidlər Xiyabanında Türkiyədən gələrək döyüşüb şəhid olanların abidələri var. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün apardığı savaşı Türkiyədə insanlarımız Azərbaycan vətəndaşları qədər həyəcanla izləyirlər”.