"Rusiyalı hərbi müşahidəçilər bizə lazım deyil” - Prezidentin köməkçisi
- 16-10-2020, 12:42
- 766
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır:
“Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.