SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistan üçün gerisayım başlayıb - əlavə minlərlə cəsəd istəmirlərsə...

Ermənistan üçün gerisayım başlayıb - əlavə minlərlə cəsəd istəmirlərsə...

Tarix:

15-10-2020, 09:50

/ 638 dəfə oxundu.
Ermənistan üçün gerisayım başlayıb - əlavə minlərlə cəsəd istəmirlərsə...

Xəbər verildiyi kimi, qardaş Türkiyə Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli formatda danışıqlar təklif edib. Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın bildirib ki, “bir halda ki, Rusiya Ermənistanın tərəfindədir və biz də Türkiyə olaraq Azərbaycanı dəstəkləyirik, gəlin bu problemin həll yolunu müzakirə etmək üçün dördümüz bir yerdə görüşək. ”Minsk Qrupu 30 ildən çoxdur ki, bir həll yolu tapa bilmədiyindən yeni bir mexanizm tapmağın vaxtı çatıb",- deyə o əlavə edib.

Qardaş ölkə rəsmisinin bu təklifi ədalətli olmaqla yanaşı, tam yerinə düşür. Eyni zamanda Ankaranın humanizm və insani dəyərlərə verdiyi önəmi növbəti dəfə ortaya qoyur. Çünki Ordumuzun işğalçı qüvvələri darmadağın etdiyi bir vaxtda ən optimal sülh formatı təklif edilir ki, bunun da sayəsində minlərlə erməni gəncinin həyatı xilas ola bilər.

Gerçəkdən də, əgər ATƏT-in Minsk Qrupu 27 ildə heç bir müsbət nəticəyə nail olmayıbsa, əksinə, “danışıqlar” hazırda davam edən genişmiqyaslı müharibəyə gətiribsə, o zaman yeni bir mexanizm tapmağın vaxtı çatmayıbmı? Əslində yeni mexanizm artıq ortadadır. Onu yaradan isə məhz şanlı Azərbaycan əsgəridir. Köhnə status-kvonu, təmas xəttini qısa müddətdə darmadağın edən rəşadətli Azərbaycan əsgəri! O, artıq qəlibləri dağıtdı və Türkiyə meydana girir.

*****

Minsk qrupu Ankara-Moskva-Bakı formatı ilə əvəzlənə bilər? - Politoloqlar siyasi gündəmi ŞƏRH EDİR » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Söhbət Ankara-Moskva-Bakı-İrəvan formatından gedir. Niyə 4-lü format?

Məsələ ondadır ki, Rusiya əlində mühüm rıçaqlar ola-ola illər ərzində münaqişənin dinc həllinə real töhfə vermədi. Yaxud istəmədi. Nədəni ayrı bir yazının mövzusudur. Doğrudur, budəfəki hərbi toqquşmada öz neytrallığını saxladı və saxlamağa davam edir. Qərəzsiz mövqe isə vasitəçilik üçün mühüm şərtdir. Müəyyən mənada digər həmsədr dövlət olan ABŞ da neytrallığını gözləyir. Üçüncü vasitəçi Fransa isə əksinə, açıq-aşkar işğalçı Ermənistanın tərəfini tutmaqla tərəfsiz olmadığını nümayiş etdirdi.

Lakin ABŞ obyektiv və subyektiv səbəblərdən Güney Qafqaz regionunda fəal olmaq istəmir. Daha dəqiqi, buradakı konfliktlərin həllinə Rusiya və Türkiyə qədər təsir imkanlarına malik deyil. Başqa yandan, ABŞ-ın, ümumən Qərbin bölgədə maraqlarının ötürücüsü qismində liberal dəyərləri gözləyən, Qərbə daha yaxın olan NATO üzvü Türkiyə çıxış edə bilər. Yetər ki, rəsmi Ankaraya bu məsələdə ABŞ və Avropa Birliyi dəstək olsun. Sonuncular isə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir.

Türkiyə Minsk Qrupunun həmsədrliyini artıq haqq edib. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev “Haber Türk” telekanalına müsahibəsində xüsusi vurğuladı ki, Türkiyənin iştirakı olmadan Qarabağ məsələsi həll edilə bilməz. Üçüncü yandan, təcrübə göstərir ki, vasitəçi dövlətlər nə qədər az olsa, problem daha tez yoluna qoyular. Ona görə ki, hər vasitəçinin öz maraqları var və bu maraqların toqquşması anlaşmanı ləngidir.

*****

Beləliklə, ortada Ermənistana güclü təsir rıçaqı olan Rusiya və Azərbaycanın yanında sözü keçərli Türkiyə qalır. Yəni başqa heç bir dövlətin vasitəçiliyinə ehtiyac yoxdur. Həm də o səbəbə ki, Ankara və Moskva Qarabağa dair Bakı ilə İrəvan arasında əldə olunan istənilən böyük sülh anlaşmasına BMT-siz, ATƏT-siz-filansız ən etibarlı şəkildə qarant ola bilər. Eləcə də tərəflərin razılığı ilə bölgəyə 50:50 nisbətində Türkiyə və Rusiya sülhməramlılarının gətirilməsi mümkündür. Təbii ki, İrəvan son şansı düzgün qiymətləndirməsə və mənasız yerə dirəniş göstərib sonuncu işğalçı əsgərinin məhv edilməsinədək getməsə. O halda sözsüz ki, heç bir yeni formatdan və sülhməramlı qüvvələrdən söhbət gedə bilməz. Bakı hərbi güc yolu ilə bu məsələni təkbaşına bitirəcək. Zatən, buna onsuz da xeyli yaxındır.

*****

Qısası, İrəvan üçün gerisayım artıq başlayıb. Əfsus ki, başını itirən Ermənistan rəhbərliyi hələ də öz xalqını hansı fəlakətə apardığının fərqində deyil. Bədbəxt erməniləri aldatmağa çalışır, onu yalanlarla “yedizdirir”. Halbuki hələ yeni müharibəyədək iqtisadi-maliyyə durumu acınacaqlı olan Ermənistan sentyabrın 27-dən bu yana 1-2 milyard dollar arası dəyərində hərbi texnika itirib. Minlərlə canlı itki, dağılmış infrastruktur, tüğyan edən koronovirus pandemiyasının ağır sosial-iqtisadi fəsadları da öz yerində.

Məlumatlara görə, bir azdan Ermənistanda sözün əsl mənasında ərzaq qıtlığı, aclıq başlaya bilər. Nədən ki, müharibə böyük xərclər deməkdir. Söhbət yalnızca hərbi xərclərdən getmir. Ac-yalavac ölkə zəngin Azərbaycanla aylarla necə müharibə apara bilər ki. Mümkün deyil. Bütün əcnəbi siyasi və hərbi analitiklər də bir ağızdan onu deyirlər ki, müharibə daha 1-2 həftə davam edərsə, Ermənistan adlı dövlət, sadəcə, çökəcək.

Xatırladaq ki, analoji xəbərdarlıqlar müharibədən öncə də zaman-zaman edilirdi. Təəssüf ki, Qarabağda mifik “qələbə”nin eyforiyasından çıxa bilməyən, avantürist və başdan xəstə erməni rəhbərləri ağıllı çağırışlara məhəl qoymadılar, öz xalqını ədalətli sülhə hazırlamaq əvəzinə, aldatmağa davam etdilər. Guya Dağlıq Qarabağdakı oyuncaq rejimin dünya tərəfindən tanınmasına və “miatsum”un reallaşmasına bir şey qalmayıb.

Necə deyərlər, sonsuz dəhşətdənsə, dəhşətli son yaxşıdır. Bu da həmin son. Ancaq ermənilərin onu daha az itkilərlə qarşılamaq şansları qalır. “Müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu!” Bunu da İlham Əliyev “Haber Türk”ə müsahibəsində bildirib. Nəticə çıxarsınlar...

*****

“Çox yaxın zamanda Ermənistanda məğlubiyyətin günahkarlarının axtarışına çıxacaqlar. Bir azdan orada siyasi ittihamlar bir-birini əvəzləyəcək. Erməni siyasəti məğlubiyyəti qəbul edəcək və buna görə günahkarın cəzalandırılmasını istəyəcək”.

Bu fikirləri politoloq Rasim Musabəyov Teleqraf.com-a deyib. Onun sözlərinə görə, Ermənistanda ictimai-siyasi ab-hava gərgindir və ölkədə panika müşahidə olunur: “Onlar başlarını itiriblər. Digər tərəfdən, bütün ehtiyatlarını, insanlarını döyüş meydanında qoyub qaçırlar. Eyni zamanda, anlayırlar ki, məğlubiyyət qaçılmazdır və bu prosesin uzun çəkməsi ehtimalı da yoxdur”, - deyə politoloq qeyd edib

Onun qənaətincə, ermənilərin ümidi ona idi ki, dünya ayağa qalxacaq, Rusiya və Fransa Bakıya ultimatum verəcək, Ermənistan hökuməti də deyəcək ki, gördünüzmü, Azərbaycan heç nə bacarmadı. “Amma söz deməklə deyil. Prosesə yeganə müdaxilə etmək iqtidarında olan Rusiyanın Paşinyana ürəyi yanmır. Putin ona dəstək vermək fikrində deyil. Bilir ki, o, riyakardır. Odur ki, Azərbaycan düşməni metodik şəkildə darmadağın edir və etməkdə davam edəcək”, - deyə Musabəyov əlavə edib.

Ermənistan rəhbərliyinin düşünmək üçün çox az vaxtı qalıb. Deyildiyi kimi, gerisayım başlayıb...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ