"Azərbaycan təkbaşına öz ərazilərini azad edə bilər” - Çavuşoğlu

Siyasət

"Bu gün də Azərbaycanın təkbaşına öz ərazilərini azad etmək gücü var”.

Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadən xəbər veririk ki, bunu XİN başçısı Mövlud Çavuşoğlu söyləyib.

“Bununla belə, Azərbaycan hansısa sahədə Türkiyəyə ehtiyacı olarsa, həm dövlət, həm millət olaraq, həm də hökumət olaraq biz varıq”, - o əlavə edib.