Prezident Azərbaycanın bu ölkədəki səfirini geri çağırdı - YENİ TƏYİNAT
- 17-08-2020, 13:27
- 1 119
Sərəncamla Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.