“Bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, bu isə islam həmrəyliyinə ziddir” - PA əməkdaşı
- 20-04-2017, 12:09
- 59 158
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasının (MŞ) Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda keçirdiyi konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ləngidən amillərdən biridir: “İşğalçı ilə əməkdaşlıq etmək bir növ işğala haqq qazandırmaq deməkdir”.