Milli Məclisin ilk iclası bu tarixdə keçirilə bilər

Siyasət

Milli Məclisin yeni tərkibdə ilk iclası gələn həftə keçiriləcək.

Bu barədə "ölkə.az”a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, iclasın martın 10-da keçirilməsi gözlənilir.

Belə ki, martın 5-də Konstitusiya Məhkəməsinin qərarından sonra, bir həftə ərzində Milli Məclisin ilk plenar iclası çağrılmalıdır. İclasın gələn həftənin ilk günlərində keçirilməsi gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Milli Məclisin 9 fevralda Milli Məclisə altıncı çağırış üzrə növbədənkənar parlament seçkilərindən sonra formalaşan ilk parlamentin iclası martın 10-da keçiriləcək.