Parlament seçkilərində pozuntulara yol verən aşağı seçki komissiyaları buraxılacaq
- 10-02-2020, 10:03
- 1 166
Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.