Ramil Usubov İsrail səfirini qəbul edib

Siyasət

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli münasibətləri müzakirə ediblər.