Daha bir namizəd seçki qanununu pozur - Diaspor rəhbəri qardaşını vaxtından əvvəl təbliğ etdirir...
- 13-01-2020, 11:37
- 1 043
Lakin seçki ədalət və bərabərlik prinsipinə dayanan bir demokratik prossesdir və bu prossesdə qanunlara hörmətlə yanaşmaq, eyni zamanda gələcək deputatın xalqı necə təmsil edəcəyini də indidən ortaya qoymaqdadır. Bir çox namizədlər sosial şəbəkələrdə və internet resurslarında vaxtından əvvəl təşviqat kampaniyasına başlarıblar ki, bu da qanunun kobud şəkildə pozulmasıdır. Belə namizədlərdən biri də Özbəkistanda yaşayan iş adamı, diaspor nümayəndəsi Mobil Məmmədovun kiçik qardaşıdır Habil Məmmədovdur.
Aşağıdakı şəkildən də gördüyünüz kimi, Habil Məmmədov seçkiqabağı təşviqat başlamışdan özünü tərəfdarlarına təbliğ etdirir. Daha doğrusu, bu işi əlaqələrindən yararlanan qardaşı etdirir. Halbuki bu, seçki qanunverciliyinin ciddi pozuntusu, ayaqlar altına atılmasıdır.
Qanunun tələbəinə əsasən, namizədin qeydə alındığı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinnin Dairə Seçki Komissiyası ona ciddi xəbərdarlıq etməli, qanun pozuntusu davam edərsə, namizədliyini ləğv etməlidir.
Pia.az