Bu gün Məmmədyarovla Mnatsakaryanın görüşü olacaq

Siyasət

Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryan arasında görüş olacaq.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər.

Qeyd edək ki, dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.