Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
- 2-12-2019, 18:00
- 668
Başsağlığı məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç,
Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".